Oruellizm (ing.Orwellian) — Corc Oruellin azad və açıq bir cəmiyyətin rifahı üçün destruktiv hesab etdiyi bir vəziyyəti, fikri və ya ictimai vəziyyəti izah edən termin. Bu termin təbliğat, dövlət müşahidəsi, dezinformasiya, həqiqətin inkar edilməsi və keçmişin manipulyasiyası yolu ilə əxlaqsız və sərt siyasəti nəzərdə tutur. Buraya bir şəxsin keçmiş varlığının ictimai qeydlərdən və yaddaşlardan silinməsi də daxildir ki, bu üsul müasir repressiv hökumətlər tərəfindən tətbiq olunur. Çox vaxt bura Oruellin romanlarında, xüsusən də "1984" əsərində təsvir olunan hallar daxildir,[2] lakin eyni zamanda, ikili təfsir siyasəti müəllifin "Siyasət və ingilis dili" kimi əsərlərində tənqid olunur.[3]
"The New York Times" bu ifadəni "müasir bir yazarın adından törəyən ən çox istifadə olunan sifət" adlandırmışdır.[4][5]